Ramin Abbasov: “Dövlətimiz sağ olsun ki, bizi ən qısa zamanda öz doğma yurdumuza qaytardı”

Müharibə


“Bizə bugünkü sevinci yaşatdığına görə Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Zabux kəndinə köç edən keçmiş məcburi köçkün Ramin Abbasov deyib.

O bildirib ki, Zabuxdan çıxarkən 12 yaşı olub:

“43 yaşımda öz doğma yurduma qayıdıram. Çox sevincliyəm, ilk dəfədir kəndimizə gedirəm. Böyük quruculuq işlərindən sonra kəndimiz, yəqin ki, çox dəyişilib, müasirləşib. Dünyanın ən xoşbəxt insanlarıyıq ki, müharibədə zəfər çalandan bir neçə il sonra öz yurdumuza qayıdırıq. Bizi zəfərə qovuşduran Ali Baş Komandanımıza, Ordumuza minnətdarıq. Dövlətimiz sağ olsun ki, bizi ən qısa zamanda öz doğma yurdumuza qaytardı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Xatırladaq ki, bu gün daha 30 ailə (121 nəfər) Laçın rayonunun Zabux kəndinə yola salınıb. Bununla da Zabux kəndində 176 ailənin (688 nəfərin) məskunlaşması təmin edilib.

Aytac Qasımova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir