33 gün Qarabağ meşələrində qalan erməni əsgər azərbaycanlı zabitin ona kömək etməsindən danışdı – VİDEO

Müharibə


Sentyabrın 20-dən sonra 33 gün Qarabağ meşələrində qalan erməni əsgəri Rafael Akopyan azərbaycanlı zabitin ona necə kömək etdiyini və necə sağ-salamat Ermənistana təhvil verildiyini danışıb.

Bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X” hesabında video paylaşıb.

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycanın Qarabağda həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirlərindən sonra regiondakı separatçı liderlər təslim olublar. Erməni əsgərin həmin günlərdə bundan xəbəri olmayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir