ATƏT-in Minsk qrupunun həmsədrləri arasında dəyişiklik olub. Belə ki, rusiyalı həmsədr İqor Papovu İqor Xovayev əvəz edib.
Bu barədə ATƏT-in Minsk qrupunun saytında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı dərc edilmiş bəyanatdan bəlli olub.
Rəsmi Moskva hələ ki, məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, İqor Popov 2010-cu ildən Minsk qrupunun Rusiyadan olan həmsədri vəzifəsini icra edib.