XRİTDX təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir – FOTO

Cəmiyyət


Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev Xidmətin bir qrup əməkdaşı ilə birlikdə Bakı Biznes Universitetində olub. Xidmət rəisi və universitetin rektoru ulu öndər Heydər Əliyevin büstü və şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş guşəyə gül dəstələri düzüblər.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov qonaqları universitetlə yaxından tanış edib, universitetdə tədris edilən ixtisaslar, informasiya texnologiyaları və kibertəhlükəsizliklə bağlı həyata keçirilən yeniliklər və layihələr barədə məlumat verib. XRİTDX-nin nümayəndələri universitetin maddi-texniki bazası, burada fəaliyyət göstərən İKT laboratoriyaları, “İnformasiya texnologiyaları” kafedrası, real dərs mühiti, tələbələrin təhsil şəraiti, zəngin çeşidə malik müasir elektron kitabxanası ilə tanış olublar.

XRİTDX-nin rəisi ölkəmizdə kibertəhlükəsizlik strategiyasının əsas istiqamətləri, bu sahəyə dövlət dəstəyi, xidmət tərəfindən həyata keçirilən innovativ layihələr və dövlət orqanlarına münasibətdə kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Eləcə də İlqar Musayev qeyd edib ki, ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində informasiya təhlükəsizliyi sahəsi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf sürətli templə davam edir. Xidmət rəisi ölkəmizdə kibertəhlükəsizlik sahəsində təhsilin inkişaf etdirilməsinə böyük diqqət verilməsi və bu sahədə kadr bazasının formalaşdırılması və daha da təkmilləşdirilməsini əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Bakı Biznes Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq Memorandumunun tədris-elm-innovasiya infrastrukturundan qarşılıqlı faydalanmaqla yüksəkixtisaslı kadrların hazırlanması, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrində innovasiyayönümlü birgə fəaliyyətin həyata keçirilməsi, qarşılıqlı texnologiya, məlumat və təcrübə mübadiləsi məqsədilə həyata keçirilməsi qeyd olunub.

İmzalanma mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov və hər iki tərəfdən nümayəndələr iştirak edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir