Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. 1984-cü il təvəllüdlü Fərhad Yusibov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə F.Yusibovu kürəkəni bıçaqlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
www.102info.az