Belçikanın Oudenaarde şəhərinin mərkəzi meydanında hündürlüyü 20 metr olan Milad ağacı aşıb.
Məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb, onlardan biri xəstəxanada dünyasını dəyişib.
Şəhərin meri Marnik de Melemesterin sözlərinə görə, ağac güclü küləyə tab gətirə bilməyib və birbaşa meydanda gəzən insanların üzərinə aşıb. İki yaralı hazırda xəstəxanadadır, onların vəziyyəti barədə məlumat verilmir.
Faciənin baş verdiyi Yeni il yarmarkası şəhər rəhbərliyinin əmri ilə bağlanıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə: mir24.tv
www.102info.az