Çində 2300 il əvvələ aid vurma cədvəli tapıldı – FOTO

Dünya


Sinçjou şəhərində mütəxəssislər üzərində riyazi heroqliflər təsvir edilmiş lövhələr aşkar ediblər.

Burada “beş dəfə yeddi – otuz üstəgəl beş, dörd dəfə yeddi – iyirmi üstəgəl səkkiz, üç dəfə yeddi – iyirmi üstəgəl bir” yazılıb.

Arxeoloji qazıntının direktoru Yan Kayunnun sözlərinə görə, bu simvollar əvvəllər Hunan əyalətinin mərkəzində tapılmış başqa bir oxşar artefaktdan təxminən 100 il əvvəl həkk olunub.

Tarixçi Tanq Cinnanın fikrincə, belə vurma cədvəlindən Çjanquo dövrünün məmurları (e.ə. IV əsr) istifadə edirdilər.

Bildirilir ki, alimlər lövhələrdə yazılan sözləri müəyyən etmək üçün infraqırmızı skanerdən istifadə ediblər.

Mənbə: mir24.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir