Rusiya Prezidenti Vladimir Putin hökumətə və İctimai Palataya yol hərəkəti qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.
Bu barədə Kremlin saytında məlumat verilib.
Məlumata görə, tapşırıq 2024-cü il aprelin birinədək yerinə yetirilməlidir.
Qeyd olunub ki, bu barədə göstəriş dövlət başçısının Rusiya İctimai Palatasının üzvləri ilə görüşündən sonra verilib. Görüş iştirakçılarından biri belə bir fikir bildirib ki, yol hərəkəti qaydalarının mətninin “yenidən yazılması” lazımdır, çünki əvvəlki nəşrin yeni nəqliyyat növlərini və bütövlükdə sənayenin inkişafını nəzərə alaraq daimi düzəlişlərə ehtiyacı var.
www.102info.az