“TÜRKSOY-a üzv ölkələrin Milli Kitabxanalar Birliyini quracağıq”.
Bunu “Report”a Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.
O qeyd edib ki, TÜRKSOY-a üzv ölkələrin milli kitabxana müdirlərinin Bakıda toplantısını keçirərək birliyi qurmağı təklif edib:
“Bu tədbirin gələn ilin aprelində Bakıda keçirilməsini təklif etdik. Çünki türkdilli ölkələr arasında Azərbaycan Milli Kitabxanası ən aktiv kitabxanalardan biridir və bizimlə sıx, operativ əməkdaşlıq edir. Bu məqsədlə birliyin qurulmasının Bakıda elan edilməsini istərdik”.
www.102info.az