“Qalatasaray” VAR hakimindən şikayət edəcək: “Onların yerinə utanırıq…” – FOTO/VİDEO

Dünya


Türkiyə Super Liqasının 18-ci həftəsində 0:0 hesablı heç-heçə ilə başa çatan “Qalatasaray” – “Fənərbağça” derbisində Mauro İkardi ilə Aleksandr Djiku arasındakı yaşanan hadisə qalmaqala səbəb olub.

45 qayda pozuntusunun edildiyi derbi mövsümün ən çox pozuntuya yol verildiyi matç olub.

“Qalatasaray” oyunun ədalətli keçmədiyindən şikayətlənib və bununla bağlı rəsmi “X” səhifəsində paylaşım edib.

“Yalnız özləri üçün ədalət istəyənlər bu gecə hər mənada türk futbolunun manipulyasiyasına davam etdilər. Biz hakimlər heyətinin, VAR kabinetinin və 26 kameranın görə bilmədiklərini paylaşırıq və yenə də onların yerinə utanırıq. Türk futbolunu bu nöqtəyə gətirənlərin bir gün utanacaqları ümidi ilə…” – deyə paylaşımda qeyd edilib.   

Həmçinin Mauro İkardi derbidə gözünün altında əmələ gələn qançır səbəbindən çox əsəbiləşib. Paylaşım etməyə hazırlaşan və cəzalandırıla biləcəyi nəzərə alınaraq klub rəsmiləri tərəfindən bloklanan argentinalı futbolçunun öz telefonu ilə çəkdiyi foto daha sonra rəsmi internet saytında dərc edilib. Bildirilib ki, çəkilən foto selfi olduğu üçün sol göz altındakı qançır sağ tərəfdə görünür.

Daha sonra vurğulanıb ki, futbolçunun sol gözündəki bu qançır, iddia edildiyi kimi, dirəyə dəydiyi üçün deyil, oyunun ilk hissəsində Djikunun zərbəsi nəticəsində əmələ gəlib.

Həmçinin məlum olub ki, “Qalatasaray” rəsmiləri matçın fasiləsində yayım qurumuna zəng ediblər və Djiku ilə İkardi arasındakı mübahisəli mövqenin fərqli rakurslardan göstərilməməsinə reaksiya veriblər.

“Qalatasaray” klubunun eyni zamanda məsələ ilə bağlı “beIN Sports”un Fransadakı baş qərargahına şikayət edəcəyi bildirilir. Digər tərəfdən, sarı-qırmızılılar matçın VAR hakimi Mustafa İlker Coşqundan da Türkiyə Futbol Federasiyasına şikayət edəcəklər.  

Mənbə: Ajansspor

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir