“AA” seriyalı nömrəni axtarışda olan avtomobilə taxıb idarə edirmiş

Kriminal


Bakıda sürücünün başqa bir avtomobilə məxsus “AA” seriyalı dövlət nömrə nişanını öz maşınına taxaraq idarə etməsi məlum olub.

“Qaynarinfo”nun məlumatına görə, buna görə 1979-cu ildə Ağdam şəhərində doğulmuş Elnur (şərti ad) adlı şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilib.

İşə məhkəmədə baxılıb. Məlum olub ki, Elnurun idarə etdiyi avtomobil axtarışda olub və Dövlət Yol Polisindən (DYP) yayınmaq üçün başqa bir avtomobilə məxsus “AA” seriyalı dövlət nömrə nişanını taxaraq idarə edib.

Həmçinin onun həmin avtomobili idarə etmək üçün səlahiyyətinin (etibarnamə və ya yol vərəqi) olmadığı üzə çıxıb.

Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və ona inzibati tənbeh olaraq 8 gün müddətində inzibati həbs təyin edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir