XİN: 2020-ci il müharibəsinin bitməsindən indiyədək mina qurbanlarının ümumi sayı 341 nəfərə çatıb – FOTO

Siyasət


“Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!”

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşımında bildirib.

“Ermənistanın yerləşdirdiyi minanın daha bir qurbanı. 2020-ci il müharibəsinin bitməsindən indiyədək qurbanların ümumi sayı 341 nəfərə çatıb, onlardan 65-i həlak olub (50-si mülki şəxs, 15-i hərbçi). Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!”, – paylaşımda deyilir.

Qeyd edək ki, bugün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov mina partlaması nəticəsində xəsarət alıb.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir