“Moskva Bakı və İrəvana sülh müqaviləsi üzərində işi başa çatdırmaqda köməklik göstərməyə hazırdır”.
Bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” telekanalına müsahibəsində bildirib.
“Hər iki tərəf, dəfələrlə işi başa çatdırmağa, sülh müqaviləsi üzrə işi yekunlaşdırmağa hazır olduqlarını bəyan ediblər. Rusiya onlara kömək etməyə hazırdır, bunu alqışlamağa hazırdır”, – Kreml nümayəndəsi qeyd edib.
Eyni zamanda, o vurğulayıb ki, Rusiya öz vasitəçiliyində israrlı deyil, lakin sülh müqaviləsi üzərində işi başa çatdırmağın vacibliyini anlayır.
“Bizim üçün çox vacibdir ki, bizim iki tərəfdaşımız, müttəfiqlərimiz – təkcə MDB çərçivəsində deyil, həm də inkişaf etmiş ikitərəfli münasibətlərimiz çərçivəsində – bu sazişi ən qısa zamanda bağlasınlar”, – Peskov izah edib və əlavə edib ki, bu, sağlam atmosferi təmin edəcək. Belə ki, Moskva üçün vacib olan Qafqazda sülh, sabitlikdir.
www.RIA24.az