Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov 28 dekabr – “Vəkil Günü” peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının təntənəli iclası zamanı çıxış edib.
Oxu.Az xəbər verir ki, mətbuata açıqlama verən baş prokurorun müavini bildirib ki, 2023-cü ilin 11 ayı ərzində dövlət ittihamçılarının iştirakı ilə birinci instansiya məhkəmələrində baxılan cinayət işlərindən 12 434 iş üzrə 13 715 cinayət törətmiş şəxs barəsində – təqsirliliyi sübuta yetirilməklə ittiham hökmü çıxarılaraq cəza təyin edilib, eyni zamanda, 143 iş üzrə 178 şəxs barəsində bəraət verilib.
“İttiham tərəfi olaraq, prokurorluqda bəraət hökmləri soyuqqanlı opponentliklə qəbul edilir”, – deyən baş prokurorun müavini bildirib ki, əgər cinayət törətmiş bir şəxsin təqsiri məhkəmədə sübuta yetirilərək layiqli cəza alırsa, həm dövlətin, həm cəmiyyətin, həm də zərərçəkmiş şəxslərin mənafeyi qorunmuş olur.

www.102info.az