Argentinanın “Boka Xuniors” klubunun müdafiəçisi Markos Roxo ABŞ-nin “İnter Mayami” klubunda Lionel Messinin komanda yoldaşı ola bilər.
Məlumata görə, Messinin özü Argentina millisindəki keçmiş komanda yoldaşının transferində maraqlıdır. Səkkiz dəfə “Qızıl top”un sahibi Roxonu ABŞ-yə köçməyə razı salmağa çalışır. “İnter Mayami”nin baş məşqçisi Xerardo Martino da futbolçu ilə əlaqə saxlayıb.
Eyni zamanda, Braziliyanın “Palmeyras” klubunun da Roxo ilə maraqlandığı bildirilir.
Qeyd edək ki, Markosun “Boka Xuniors” ilə hazırkı müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.
Mənbə: Gazeta.ru
www.102info.az