ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) gələn il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisini izləyəcək müşahidəçilərinin sayı məlum olub.
Bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, ATƏT/DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən ibarət olacaq. Qurum 250 nəfərdən ibarət qısamüddətli müşahidə missiyasının təmin edilməsi ilə bağlı ATƏT-ə daxil ölkələrə sorğu göndərib.
ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçilərinin ölkəyə 2024-cü ilin yanvarında, qısamüddətli müşahidə missiyasının üzvlərinin isə seçkiyə 3-4 gün qalmış gəlməsi gözlənilir.
Qeyd edək ki, ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə etmək missiyasına İoğan Mörfi (İrlandiya) rəhbər təyin olunub.
www.RIA24.az