Məşhur hotelin avtobuslarını satıb pulunu mənimsəyən şəxslərdən xəbər var

Kriminal


Şabran rayonunda fəaliyyət göstərən “Yeni Qalaltı Hotel Company” MMC-yə məxsus pul vəsaitlərinin mənimsənilməsi faktı bağlı rayon prokurorluğunda aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Şabran Rayon Prokurorluğu məlumat yayıb.

İstintaqla cəmiyyətin işçiləri Seyfəddin Cəfərli və Ehtiram İbrəhimovun qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar edilən MMC-yə məxsus 2 ədəd “Hyundai County” markalı avtobusu ümumilikdə 121 min 400 manata sataraq əldə olunan pul vəsaitlərini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Seyfəddin Cəfərli və Ehtiram İbrəhimov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı MMC-yə vurulmuş ziyanın 75 min manat hissəsinin ödənilməsi təmin edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir