Meksikanın Sonora şəhərində silahlı hücum baş verib.
Şəhərin Cajeme qəsəbəsində doğum günü məclisinin keçirildiyi evə üç silahlı şəxs basqın edib.
Bu barədə Sonora prokuroru Qustavo Salas Sançes məlumat verib.
Məlumata görə, hadisə nəticəsində altı nəfər ölüb, 26 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır.
Qustavo Salas Sançes, həmçinin qeyd edib ki, ölən 6 nəfərdən beşi barədə həbs qərarı olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Ehtimal olunur ki, silahlı hücuma səbəb iki qruplaşma arasındakı hesablaşma ola bilər.
Mənbə: Haber Global
www.102info.az