Azərbaycanda zərgərlik məmulatlarının istehsalı üçün dəzgahların idxalına vergi güzəşti uzadılıb

Cəmiyyət


Bu ildən Azərbaycanda zərgərlik məmulatlarının istehsalında istifadə olunan dəzgahların, avadanlıqların və qurğuların idxalı daha üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq qurumun təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalına tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək.

Bu güzəşt 2021-ci il yanvarın 1-dən üç il müddətinə nəzərdə tutulmuşdu.

Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir