PSJ braziliyalı müdafiəçini transfer etdi

Dünya


Fransanın PSJ klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Paris təmsilçisi Braziliyanın “San Paulo” klubundan Lucas Beraldonu tranfer edib.

Məlumatı PSJ-nin mətbuat xidməti yayıb.

Parislilər braziliyalı mərkəz müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Bu keçid 20 milyon avro qarşılığında baş tutub.

Qeyd edək ki, “San Paulo” Lukas Beraldonu 2020-ci ilin yanvar ayında “Pirasikaba”dan transfer etmişdi. 20 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində meydana çıxdığı 52 rəsmi matçda bir qol vurub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir