Birləşmiş Millətlər Təşkilatının Malidə onillik Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası (MINUSMA) rəsmən başa çatıb.
Yanvarın birindən ölkədə nümayəndəliyin ləğvi mərhələsi başlayıb.
Bu barədə BMT-nin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, Malidəki sülhməramlı missiya 31 dekabr 2023-cü il tarixinədək Afrika ölkəsindən qoşunların çıxarılmasını başa çatdırıb.
Malidə 10 ildən çox xidmət ərzində 311 sülhməramlı ölüb, 700-dən çoxu yaralanıb.
www.102info.az