Fələstinin HƏMAS radikal hərəkatının siyasi bürosunun sədr müavini Saleh əl-Aruri öldürülüb.
O, Beyrut (Livan) ətrafında yerləşən şiələrin yaşadığı Dahiya qəsəbəsində həlak olub.
Məlumata görə, İsrail PUA-sı buradakı HƏMAS qərargahına zərbə endirib.
HƏMAS hücum nəticəsində ümumilikdə yeddi nümayəndəsinin həlak olduğunu açıqlayıb. Onların arasında “İzzəddin əl-Qəssam” briqadasının komandiri Əbu Amer kimi tanınan Samir Fəndi də olub.
Mənbə: TASS
www.102info.az