Argentina Britaniyanı Folklend adaları ilə bağlı danışıqlara çağırıb

Dünya


Prezident Xavyer Mileyin başçılıq etdiyi Argentinanın yeni hakimiyyət orqanları Londonu Folklend adaları (Malvin adaları) üzərində suverenliyi geri qaytarmağa və bu məsələ ilə bağlı danışıqları təşkil etməyə çağırıb.

“Bu gün Malvin adalarının Böyük Britaniya tərəfindən məcburi işğalından 191 il ötür. Argentina hökuməti və bütün cəmiyyət Malvin adaları üzərində suverenlik haqqımızı müdafiə edir”, – hökumət sözçüsü Manuel Adorni mətbuat konfransında deyib.

“Argentina hökuməti BMT Baş Assambleyasının müvafiq qətnamələrinin müddəalarına uyğun olaraq suverenlik məsələsinin həllini tapmağa imkan verəcək ikitərəfli danışıqları bərpa etməyə hazır olduğunu bir daha bəyan edir. Argentina hökuməti danışıqların bərpası üçün əlverişli etimad mühiti yaratmaq məqsədilə Böyük Britaniya ilə qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə substantiv və konstruktiv dialoqu özündə əks etdirən yetkin münasibətləri davam etdirmək istəyir”, – deyə ölkənin Xarici İşlər Nazirliyi əlavə edib.

Qeyd edək ki, Böyük Britaniya ilə Argentina arasında adalar üzərində müharibə 2 aprel 1982-ci ildə başlayıb və iyunun 14-də sonuncunun məğlubiyyətilə başa çatıb. Lakin Buenos Ayres adaları hələ də Argentina ərazisi hesab edir.

Mənbə: İnterfaks

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir