Moskvada yaşayış binasının mənzillərindən birinin eyvanında bir yaşlı qızın meyiti tapılıb. İlkin versiyaya görə, o, çimərkən boğulub.
Məlumata görə, ölən uşaq 2022-ci il təvəllüdlü qız olub. Ölümün dəqiq səbəbi və vaxtı məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən olunacaq.
Mərhum qızın nənəsi bildirib ki, uşaq çimərkən boğulub. Daha sonra nənə və ana cəsədi eyvana çıxarıblar. Hadisədən xəbər tutan qohumlardan biri hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd edək ki, bir yaşlı qızın anasının 17 yaşı var və onun daha bir azyaşlı uşağı var.
Mənbə: life.ru
www.102info.az