“İsrail “Hizbullah” təşkilatının silahlı qüvvələrinin fəaliyyət göstərdiyi Livanla sərhəddə gərginliyi azaltmaq üçün diplomatik yola üstünlük verərdi, lakin bu problemin sülh yolu ilə həllinə getdikcə daha az vaxt qalır”.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant İsrailə səfərə gəlmiş ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Eymos Hokstin ilə görüşündə deyib.
İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Qalant ölkənin müdafiə strukturlarının İsrailin şimalında və Livanla sərhəddə təhlükəsizlik reallığını dəyişdirməkdə qətiyyətli niyyətini bəyan edib və 80 min köçkün israillinin öz evlərinə qayıtmaqsına dair prioritet məsələni vurğulayıb.
“Yalnız bir mümkün nəticə var – şimalda vətəndaşlarımızın təhlükəsiz qayıtmasına imkan verəcək yeni reallıq. Lakin biz yol ayrıcındayıq: üstünlük verdiyimiz diplomatik razılaşmalar üçün çox az vaxt qalıb. Biz İranın marioneti olan “Hizbullah”ın təhdidlərinə yol verməyəcəyik və vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəyik”, – deyə nazir bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Hokstin ilə görüş nazirliyin Təl-Əvivdəki qərargahında baş tutub. Qalantdan başqa, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi, İsrailin ABŞ-dəki səfiri Maxael Hersoq və Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri iştirak ediblər.
Mənbə: TASS
www.102info.az