Vatikan eynicinsli cütlüklər üçün nikahın təsdiqindən sonra yepiskopları sakitləşdirməyə çalışır

Dünya


Vatikan, eyni cinsli cütlüklərə xeyir-dua verməklə bağlı son qərarını bir daha təsdiqləyərək, bunda “bidətçi” və ya “küfredici” bir şey olmadığını bildirib.

Bəzi yepiskoplar Roma Papasının qərarını tənqid etdikdən sonra doktrina idarəsi bəyanat yayıb.

Bəyanatda yerli bölgənin dini kontekstinə və mədəniyyətinə ehtiyatlı və diqqətlı yanaşmaq tələb olunur, lakin qeyd edilir ki, anlaşma kahinlərə təklif olunan bu yolun tamamilə və yekun olaraq rədd edilməsinə səbəb olmamalıdır.

Sənəddə həmçinin qeyd edilir ki, bəzi ölkələrdə kiminsə belə bir xeyir-dua alması “düçüncəsizlik” ola bilər, çünki həmin şəxs zorakılıq hədəfinə çevrilə bilər.

Qeyd edək ki, dekabr ayında Vatikan nikahın ömürlük müqəddəs mərasim olduğunu və yalnız kişi və qadın arasında bağlana biləcəyini təsdiqləyən bəyannamə verilib, lakin bəzi hallarda, o cümlədən eyni cinsli cütlüklərə xeyir-dua verilə bilinəcəyi də qeyd olunub.

Bəzi yepiskoplar xüsusilə homoseksuallığın qanunsuz olduğu ölkələrdə həmin sənədə qarşı çıxıblar. Xüsusilə, Zambiya yepiskoplarının konfransı yeni sənədin onların ölkələrində tətbiqi üçün nəzərdə tutulmadığını bildirib, Malavidə də bu fikirləri dəstəkləyiblər.

Mənbə: octagon.media

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir