Mbappe, Messi və Haaland 2023-cü ilin simvolik komandasına daxil edilib.
Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat verib.
Qeyd edək ki, 54 qol vuraraq ilin bombardiri olan Ronaldu heyətdə yer almayıb.
İFFHS-ə görə 2023-cü ilin rəmzi komandası:
Qapıçı: Ederson (“Mançester Siti”).
Müdafiəçilər: Ruben Dias (“Mançester Siti”), Alfonso Deyvis, Kim Min Jae (hər ikisi “Bavariya”).
Yarımmüdafiəçilər: Cud Bellinqem (“Real”), Kevin De Brüyne, Rodri (hər ikisi “Mançester Siti”), Lionel Messi (“İnter Mayami”).
Hücumçular: Erlinq Haaland (“Mançester Siti”), Harri Keyn (“Bavariya”), Kilian Mbappe (PSJ).
www.102info.az