İngiltərəli gənc futbolçu Cud Bellinqemin İspaniya kubokunun 1/16 finalında baş tutan “Arandina” – “Real”(Madrid) oyununda etdiyi hərəkət alqışla qarşılanıb.
Belə ki, ehtiyat oyunçular skamyasında əyləşən futbolçu öz adyalını soyuqdan üşüyən topdaşıyan uşağa verib.
Yarımmüdafiəçinin bu hərəkəti kameraların obyektivindən yayınmayıb.
Qeyd edək ki, “Arandina” – “Real”(Madrid) oyunu “Kral klubu”nun 1:3 hesablı qələbəsi ilə başa çatıb.
www.102info.az