“Beşiktaş” klubu Fernando Santosun baş məşqçi təyin olunduğunu açıqlayıb.
Qeyd olunur ki, 69 yaşlı məşqçi ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.
2023-cü ilin sentyabrında Santos ötən ilin yanvarından bəri rəhbərlik etdiyi Polşa millisinin baş məşqçi postunu tərk edib. Bundan əvvəl o, 8 ildən çox Portuqaliya millisi ilə işləyib və bu komanda ilə 2016-cı il Avropa Çempionatının və 2018/2019 Millətlər Liqasının qalibi olub.
Xatırladaq ki, “Beşiktaş” 18 turdan sonra 29 xal toplayaraq Türkiyə çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.
Mənbə: sport-express.ru
www.102info.az