Alman avtomobil istehsalçısı “Volkswagen” Emdendəki (Aşağı Saksoniya) zavodunda istehsalı dayandırıb.
Məlumata görə, buna səbəb fermerlərin genişmiqyaslı etirazlarıdır. Etirazçılar fabrik ərazisinə girişləri bağlayıb, işçilər işə gedə bilmirlər. Yanvarın 9-da istehsalın bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, dünən axşamdan Almaniyanın hər yerindən gələn yüzlərlə fermer etiraz əlaməti olaraq traktorları Brandenburq qapısına aparıb. Etirazlar silsiləsi yanvarın 15-dək davam edəcək, həmin gün Berlində böyük mitinq keçiriləcək.
Mənbə: TASS
www.102info.az