Bazarlarda nehrə və kərə yağları ucuzlaşıb.
Xezerxeber.az-ın məlumatına görə, paytaxt ərazisində yerləşən “Yaşıl bazar” adlanan ərazidə nehrə və kərə yağının qiyməti iki manat aşağı düşüb.
Ekspertlər bildiriblər ki, sözügedən yağların ucuzlaşmasının səbəbi alıcı kütləsinin azlığıdır.
Qeyd edək ki, ötən il ölkəmizə idxal edilən kərə yağının dəyəri Azərbaycanın ümumi idxalının 0,53%-ni təşkil edib.
Ətraflı süjetdə:
www.102info.az