“Lokal xarakterli antiterror tədbirlərdə şəhid olan hərbçilərin və DİN əməkdaşlarının ailə üzvlərinə təqaüd və sosial ödənişlərin verilməsi tam şəkildə həyata keçirilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, fondun əməkdaşları həmin şəxslərə ödənişlərin verilməsi üçün sənədləri toplayıb və operativ şəkildə ödənişlər təyin olunub:
“Dövlət icbari şəxsi sığorta ödənişləri də ödənilib”.
Sədr qeyd edib ki, Laçında qəzada ölən şəxslərin şəhid statusu alacağı vaxt sənədlər daxil olacaq və ödənişlər həyata keçiriləcək.
İlhamə Əbülfət
www.102info.az