Rusiya sərhədçilərinin ölkə ərazisindən çıxarılması, Rusiyaya qarşı digər addımlar üçün Almaniya Ermənistana maliyyə yardımı təklif edib.
Bu barədə Rusiyanın TASS informasiya agentliyi öz mənbəsinə istinadən yazıb.
“Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin işi mümkün qədər İrəvanla Moskva arasında nifaq yaratmaqdır. Almanlar Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında və ölkə hakimiyyətinin öz dövlət aparatını Rusiya ilə dostluq edən şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılmasında maraqlıdır. Almanlar bunun müqabilində təkcə Ermənistana pul verməyi deyil, həm də Qarabağdan olan ermənilərin Avropaya mühacirət etməsinin qarşısının alınması məsələsində baş nazir Nikol Paşinyan başda olmaqla ölkənin hakimiyyətinə dəstək verməyi təklif edirlər”, – mənbə söyləyib.
www.102info.az