Dekabrın 9-u saat 21 radələrində “Şirvan Oil Company LTD”nin 1 saylı neft-qaz çıxartma sahəsində, 715 saylı neft quyusunda baş verən yanğına keçməyən qaz püskürməsi davam edir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinə məxsus qüvvə və vasitələri, həmçinin digər dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi işləri davam edir.
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az