Türkiyədə əlverişsiz hava şəraiti əhalinin həyatını çətinləşdirib. Sakinlər vəziyyəti nümayiş etdirmək üçün regionlardan görüntülər paylaşırlar.
Videoların birində traktorun qalın qar təbəqəsinin altında itməsi əks olunub. Kadrlar Bingöl vilayətindəndir. Burada qarın qalınlığı dörd metrə çatıb.
Məlumata görə, yerli hökumət orqanları təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün gecə-gündüz işləyirlər.
Mənbə: TRT Haber
www.RIA24.az