Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Ukrayna KİV-də geniş işıqlandırılıb – FOTO

Siyasət


Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Ukrayna mediasında geniş işıqlandırılıb.

Dövlətimizin başçısının AZƏRTAC-a istinadla fikirləri “Ukrinform”, “RBC Ukraine”, “Antikor”, “Yevropeyskaya Pravda” və digər nüfuzlu informasiya agentlikləri, xəbər portallarında geniş yayımlanıb.

Ukrayna KİV Prezident İlham Əliyevin Ermənistanla sülh danışıqlarına dair fikirlərə xüsusi önəm verib. Qeyd olunub ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlamaq üçün əsas şərait yaradıblar. İrəvan zəmanət istəyir, lakin Bakı buna ehtiyac görmür.

“Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”, – deyə Ukrayna KİV dövlət başçımızın fikirlərinə istinadla yazıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir