Azərbaycanda təkbaşına qərarlar qəbul edən sədrə cinayət işi açıldı

Kriminal


Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanıb.

Daşkəsən Rayon Prokurorluğundan verilən məlumata görə, Daşkəsən rayonu Əhmədli kənd bələdiyyəsinin sədri Sərvaz Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Sərvaz Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verərək dələduzluq yolu ilə vətəndaşa məxsus pul vəsaitini əla keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir