Braziliyada yadplanetlilərin görüntüləndiyi iddia olunur.
İlya-du-Mel adası ərazisində gəzən turistlər dağın yamacında boyları təxminən üç metr olan insanabənzər məxluqlar görüblər. Məxluqların yadplanetlilər olduğunu düşünən turistlər gördüklərini lentə alıblar.
Bununla bağlı sosial şəbəkə istifadəçilərinin fikirləri fərqli olub. Bəziləri məxluqların qəti şəkildə insana bənzəmədiklərini iddia ediblər. Çünki onlar çox hündür olublar və olduqca yüksək sürətlə hərəkət ediblər.
Digərləri bunun, sadəcə, şişirdilmiş fiqurlar olduğunu, bəziləri isə başqa bir turist qrupu olduğunu deyiblər.
Mənbə: “360tv” “Telegram”
www.RIA24.az