Kolumbiyanın Çoko inzibati bölgəsində magistral yolda sürüşmə baş verib.
Məlumata görə, sürüşmə nəticəsində 18 nəfər ölüb, 35 nəfər yaralanıb. Sürüşməyə səbəb Çokonun Karmen de Atrato şəhəri yaxınlığında intensiv leysanın olduğu bildirilir.
Qubernator Andres Julian Rendon verdiyi açıqlamada axtarış-xilasetmə qruplarının bölgəyə gəldiyini və çox sayda insanın torpaq altında qaldığını qeyd edib.
Mənbə: Haber Global
www.102info.az