“Arşın mal alan” operettası Ankarada yeni quruluşda təqdim olunub – FOTO

Mədəniyyət


Dahi Üzeyir Hacıbəylinin dünyanı dolaşan 111 yaşlı “Arşın mal alan” operettası Ankara Dövlət Opera və Balet Teatrında növbəti dəfə tamaşaya qoyulub.

AZƏRTAC xəbər verir ki, yanvarın 13-də tamaşanın premyerası keçirilib.

Səhnə əsəri Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev tərəfindən yeni quruluşda təqdim olunub.

Tamaşanın orkestr rəhbəri Rüstəm Rahmedov, mətn üzrə redaktoru Şenol Talınlı, dekor və kostyum üzrə rəssamı Yusuf Toker, işıq üzrə rəssamı Ali Gökdemir, xoreoqrafı Özge Ay, konsertmeysteri isə Erkin Onaydır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir