Azərbaycan səfirindən “Le Figaro”ya cavab: “Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin” – FOTO

Siyasət


“Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”.

Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Le Figaro” qəzetində dərc olunan “Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqaləyə dair “X” səhifəsindəki şərhində bildirilir.

“Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və davamlı sülh mümkündür. Sülhün həqiqətə ehtiyacı var; yalan rəvayətlərə yox”, – səfir qeyd edib.

 

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir