Milli Məclisin deputatlarının məzuniyyətləri başa çatıb.
APA xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Beləliklə, fevralın 1-dək olan müddətdə parlamentin komitələrinin iclasları keçiriləcək, komitələrin İş planları qəbul ediləcək, daxil olan qanun layihələri müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.
www.RIA24.az