İlon Mask Respublikaçıların prezidentliyə namizədi, iş adamı Vivek Ramasvamiyə güvəndiyini bildirib.
“SpaceX” və “Tesla” şirkətlərinin sahibi “X” sosial şəbəkəsində bir istifadəçinin Ramasvamiyə etibar edib-etməməsi ilə bağlı sualına müsbət cavab verib.
ABŞ-də prezident seçkisi noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə hazırkı ABŞ lideri Co Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqlayıb. Onun sələfi Donald Tramp 2022-ci ilin noyabrında seçki mübarizəsinə qatılacağını bildirib və indi o, Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur. Onun rəqibləri arasında Ramasvamidən başqa, Florida qubernatoru Ron DeSantis və ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli də var.
Mənbə: TASS
www.102info.az