“Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslərin sayı prokurorluğun kadr korpusunun 89,1%-ni təşkil edir”.
Bunu Baş prokuror Kamran Əliyev yanvarın 15-də prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışında bildirib.
Qeyd olunub ki, son 21 ildə prokurorluğa 1 203 nəfər işə qəbul edilib.
“Onların 1 097-si kişi, 106-sı isə qadındır.
Hazırda onlardan 1 009 nəfəri prokurorluq orqanlarında əmək fəaliyyətini davam etdirir.
Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslər prokurorluğun kadr korpusunun 89,1%-ni təşkil edir”, – deyə Kamran Əliyev qeyd edib.
www.102info.az