Sabiq icra başçısının övladlarının şikayəti ilə bağlı qərar verildi

Kriminal


Ali Məhkəmədə Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun övladları atalarının barəsindəki hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Namiq Zeynalovun oğlanları – Rəsul və Fərid Zeynalovlar atalarının cinayət işi üzrə müsadirə edilmiş əmlakları geri istəyirlər.

Qeyd edək ki, Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Zeynalova 12 il həbs cəzası verilib. Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri iki milyon manata yaxın olan fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Namiq Zeynalovun cəzası 12 ildən 11 il 9 aya endirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir