Pensiyalar neçə faiz artırılacaq? – Ekspert izah edir + FOTO

Cəmiyyət


“2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılacaq. Dövlət Statistika Komitəsinin dünən yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11,2 faiz artıb”. 

Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10,8 faizə indeksasiya ediləcəyini proqnozlaşdırır. Bu o deməkdir ki, fond 2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində məhz bu qədər artımın qeydə alınacağını gözləyir:

“Bununla belə, indeksasiya, yəni pensiyalardakı artım əvvəlki ilin orta aylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdırılır. Ötən ilin ikinci yarısında orta aylıq əməkhaqqındakı rəsmi artım aylıq olaraq 11 faizdən çox olub. Bununla yanaşı, son rəqəm gələn ayın əvvəlində elan olunacaq. Həmin zaman orta aylıq əmək haqqında illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir