50 yaşlı supermodel Haydi Klum “su pərisi” geyimində görənləri heyran etdi – FOTO

Dünya


Supermodel və aktrisa Haydi Klum yanvarın 15-də “Emmi” mükafatlandırma mərasimindən sonra baş tutan ziyafətə qatılıb.

50 yaşlı Haydi Klum tədbirə “su pərisi” geyimində gəlib. Supermodel möhtəşəm mavi rəngli uzun libasda fotoqraflara poza verib. Geyim məşhurun ​​incə bədən quruluşunu göstərib. Haydi Klum həmçinin paltarına uyğun sırğalar da taxıb. Stilistlər ulduzun obrazını “Hollivud dalğası” adlandırılan saç düzümü ilə tamamlayıb, vizajistlər isə qəhvəyi gözlərinə diqqət çəkən mavi göz layneri ilə makiyaj ediblər.

Mənbə: Daily Mail

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir