Ombudsman beynəlxalq təşkilatlara hesabat göndərdi – FOTO

Siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 4 may 2021-ci il tarixində yayımlanmış “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ın ikinci hissəsi hazırlanaraq, beynəlxalq təşkilatlara ünvanlanıb.

Ombudsman Aparatından verilən məlumata görə, hesabatın məqsədi Ermənistanda və onun hüdudlarından kənarda 90-cı illərin Qarabağ və Vətən müharibələri dövründə, habelə 2020-ci ilin iyul ayında baş verən Tovuz hadisələri zamanı azərbaycanlılara qarşı tətbiq olunan nifrət siyasətinin nəticələrini, həmçinin sosial şəbəkələrin erməni seqmentində azərbaycanlılara qarşı nifrət nitqinin istifadəsinə dair faktları dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır.

Hesabatın hazırlanmasında sosial şəbəkələrdə, eləcə də yerli və xarici mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub.

Ombudsman öz hesabatında 90-cı illərin Qarabağ müharibəsi dövründən itkin düşən şəxslərin taleləri, Ermənistanın siyasi və hərbi hakimiyyətinin insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığı ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səylərini birləşdirməyə çağırır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir