Şəmkirdə 45 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, 1979-cu il təvəllüdlü Qabil Bəşir oğlu Rəhimov yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb. Müayinə zamanı ona müştərək travma və sol baldır sümüyünün sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az