Əmisi və tanışı ilə birgə qohumunun evinə basqın edən şəxsə HÖKM OXUNDU

Kriminal


Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Habil Əliyev, Zaman Fərhadov və onun qardaşı oğlu Katib Fərhadovun (hər üç şəxsin adı və soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə onların hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci ilin avqust ayında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Yuxarı Seyfəli kənd sakininin yaşadığı fərdi yaşayış evinə naməlum şəxslərin qeyri-qanuni yolla daxil olması, ev sahibinin əl-qolunu bağlaması, pul və qızıl-zinət əşyaları tələb etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Zaman Fərhadov, qardaşı oğlu Katib Fərhadov və tanışı Habil Əliyev ilə birlikdə əvvəlcədən hazırladıqları plan üzrə üç müxtəlif avtomobillə Seyfəli kəndinə gəliblər. Zaman və Katib evin kənarında gözətçilik ediblər, Habil Əliyev isə evə qanunsuz daxil olaraq ev sahibinin əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıb. Daha sonra ev sahibinə müxtəlif xəsarətlər yetirərək pul və qızıl zinət əşyaları tələb edib, heç nə tapmadıqda isə ev sahibinin cibindəki 6 manat nağd pulu götürərək hadisə yerini tərk edib.

Hadisədən sonra həmin şəxslər saxlanılıblar və barələrində həbs qətimkan tədbirləri seçilib.

Bildirək ki, zərərçəkmiş Katib Fərhadovun arvadının babasıdır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir